Azərbaycanda əmtəəlik qaz hasilatı 34% artıb

Azərbaycanda əmtəəlik qaz hasilatı 34% artıb Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 6 371,9 min ton xam neft hasil edilib.
Energetika
15 Mart , 2019 18:55
Azərbaycanda əmtəəlik qaz hasilatı 34% artıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 6 371,9 min ton xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 6 363,9 min tonu əmtəəlik xam neft olub.

Neft hasilatı əvvəlki ilin müvafiq dövrü səviyyəsində qalıb.

Hesabat dövründə 5 952,8 mln. kubmetr təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 25,9% çoxdur. Təbii qaz hasilatının 3,907 mlrd. kubmetri əmtəəlik qaz olub. Əmtəəlik təbii qaz hasilatının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,3% artıb.

Son xəbərlər

Orphus sistemi