Azərbaycanda “Elektroenergetika haqqında” qanun yenidən hazırlanacaq

Azərbaycanda “Elektroenergetika haqqında” qanun yenidən hazırlanacaq Hazırkı “Elektroenergetika haqqında" qanun 3 aprel 1998-ci ildə təsdiq edilib
Energetika
4 Aprel , 2017 18:30
Azərbaycanda “Elektroenergetika haqqında” qanun yenidən hazırlanacaq

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanda yeni “Elektroenergetika haqqında” qanun hazırlanacaq. 

“Report” xəbər verir ki, bu barədə “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd olunub.

Fərmana əsasən Nazirlər Kabinetinə bu qanunun hazırlanması üçün 9 ay vaxt verilib. Fərmana əsasən, Azərbaycan Nazirlər Kabineti beynəlxalq təcrübəni nəzərə almaqla, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Qeyd edək ki, 7 fəsil, 24 maddədən ibarət olan hazırki “Elektroenergetika haqqında" qanun 3 aprel 1998-ci ildə təsdiq edilib.