Azərbaycanda elektrik enerjisi istehsalının həcmi açıqlanıb
Energetika
- 14 iyun, 2024
- 08:34
Bu ilin yanvar-may aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 11 milyard 231,4 milyon kVt/saat olub.
Bu barədə “Report” Energetika Nazirliyinin 2024-cü ilin yanvar-may ayları üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 655,1 milyon kVt/saat və ya 5,5 % azdır.
Bu ilin may ayında isə ölkədə elektrik enerjisinin istehsalı 1 milyard 999,5 milyon kVt/saat olub ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 34,8 milyon kVt/saat və ya 1,7 % azdır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-may aylarında respublika üzrə elektrik enerjisinin istehsalı 11 milyard 886,5 milyon kVt/saat, həmçinin may ayında 2 milyard 034,3 milyon kVt/saat təşkil edib.
Son xəbərlər
17:53
KİV: İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Digər ölkələr17:52
Nəvaf Salam: Livan İsrailin hücumuna görə BMT TŞ-yə şikayət edəcək
Digər ölkələr17:39
"Atəşgah Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə17:39
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək
İnfrastruktur17:36
Cəlal Qasımov: "Kapital bazarı məhduddur və özəl emitentlərin sayı azdır"
Biznes17:28
Amina Abdellatif: "Avropa çempionatında qadın cüdoçulardan gözləntilər böyükdür"
Fərdi17:27
Son illərin münaqişələri fonunda Azərbaycanın hərbi-siyasi nəticəsi fərqli model kimi diqqət çəkir - RƏY
Daxili siyasət17:26
Foto
Azərbaycanlı məşqçilərə UEFA-nın A kateqoriyalı diplomları təqdim olunub
Futbol17:26