Azərbaycanda elektrik enerjisi istehsalı artıb

Azərbaycanda elektrik enerjisi istehsalı artıb Bu ilin yanvar-iyun ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2.278,0 mlrd. kVt/st, ixracı 99,01 mln. kVt/st, idxalı 12,1 mln. kVt/st olub. 2020-ci ilin müvafiq dövrü ilə m
Energetika
15 İyul , 2021 11:30
Azərbaycanda elektrik enerjisi istehsalı artıb

Bu ilin yanvar-iyun ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2.278,0 mlrd. kVt/st, ixracı 99,01 mln. kVt/st, idxalı 12,1 mln. kVt/st olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 122,8 mln. kVt/st, ixrac 0,4 mln. kV/st, idxal isə 2,9 mln. kVt/st artıb.

Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, carii ilin yanvar-iyun aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 254,2 mln.kVt/st artaraq 13.206 mlrd. kVt/st olub.

Hesabat dövründə ötən ilin 6 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 161,7 mln. kVt/st artaraq 12.247,5 mlrd. kVt/st, SES-lərdə 92,5 mln. kVt/st artaraq 772,5 mln. kVt/st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 186,0 mln. kVt/st olub. Külək elektrik stansiyalarında 47,1 mln. kVt/st, günəş elektrik stansiyalarında 26,2 mln. kVt/st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 112,7 mln. kVt/st elektrik enerjisi istehsal edilib.

Birinci yarımildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 11.829,2 mlrd. kVt/s (İES-lərdə 11.153,0 mlrd. kVt·st, SES-lərdə 676,2 mln. kVt/st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 211,0 mln. kV/st (İES-lərdə 99,9 mln. kVt/st, SES-lərdə 87,1 mln. kVt/st, GES-də 24,0 mln. kVt/st), müstəqil elektrik stansiyaları üzrə 1.131,1 mlrd. kVt/st təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 669,0 mln. kVt/st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 48,2 mln. kVt/st, idxalı isə 88,9 mln. kVt/st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 17,4 mln. kVt/st artıb.

Son xəbərlər

Orphus sistemi