Azərbaycanda elektrik enerjisi istehsalı 7% artıb

Azərbaycanda elektrik enerjisi istehsalı 7% artıb Enerji istehsalının 98%-i “Azərenerji”nin payına düşüb
Energetika
15 Fevral , 2017 13:20
Azərbaycanda elektrik enerjisi istehsalı 7% artıb

Bakı. 15 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanın enerjisi sistemində 2,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.

Bu barədə “Report”a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinə Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7%-dir. Enerji istehsalının 2,164 mlrd. kVt/saatı və yaxud 98,36%-i “Azərenerji”nin payına düşüb.

İstehsalla yanaşı, ay ərzində qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi də davam etdirilib.

Son xəbərlər

Orphus sistemi