Azərbaycanda elektrik enerjisi istehsalı 1 %-dək artıb

Azərbaycanda elektrik enerjisi istehsalı 1 %-dək artıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 223 milyon kVt/s, yəni 0,8 % artaraq 26 milyard 487,5 milyon kVt/s olub.
Energetika
15 Dekabr , 2023 18:12
Azərbaycanda elektrik enerjisi istehsalı 1 %-dək artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 223 milyon kVt/s, yəni 0,8 % artaraq 26 milyard 487,5 milyon kVt/s olub.

Bu barədə “Report” Energetika Nazirliyinin operativ məlumatlarına istinadən xəbər verir.

Hesabat dövründə elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarında (İES) 24 milyard 525,1 milyon kVt/s (120,2 milyon kVt/s yaxud 0,49 % artıb), Su Elektrik Stansiyalarında (SES) 1 milyard 636,5 milyon kVt/s (103,7 milyon kVt/s və ya 6,77 % artıb), digər mənbələr üzrə isə 325,9 milyon kVt/s (3,3 milyon kVt/s yaxud 1,02 % artıb) təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında 54,3 milyon kVt/s (24,8 milyon kVt/s və ya 31,35 % artıb), günəş elektrik stansiyalarında 69,7 milyon kVt/s (10,7 milyon kVt/s və ya 18,14 % artıb), Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 201,9 milyon kVt/s (17,4 milyon kVt/s yaxud 9,43 % artıb) elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23 milyard 894,9 milyon kVt/s olub ki, bu da illik müqayisədə 198,2 milyon kVt/s yaxud 0,84 % artım deməkdir.

Qeyd edilən dövrdə İES-lərdə 22 milyard 363,3 milyon kVt/s (86,1 milyon kVt/s yaxud 0,39 %artıb), SES-lərdə 1 milyard 531,6 milyon kVt/s (112,1 milyon kVt/s və ya 7,9 % artıb) elektrik enerjisi istehsal edilib.

Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 444,2 milyon kVt/s elektrik enerjisi istehsal edilib ki, onun 295,5 milyon kVt/s-ı İES-lərin, 90,9 milyon kVt/s-ı SES-lərin, 57,8 milyon kVt/s-ı isə GES-lərin payına düşüb. Bu da illik müqayisədə ümumi olaraq 4,4 milyon kvt/s yaxud 1 % artım, İES-lərdə 9,7 milyon kVt/s və ya 3,39 % artım, SES-lərdə 8,5 milyon kVt/s yaxud 8,55 % azalma, GES-lərdə isə 3,2 milyon kVt/s yaxud 5,86 % artım deməkdir.

“Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında elektrik enerjisi istehsalı 40,1 milyon kVt/s (19,2 milyon kVt/s yaxud 32,38 % azalma), müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 108,3 milyon kVt/s (43,8 milyon kVt/s və ya 2,12 % artıb) təşkil edib.

Son xəbərlər

Orphus sistemi