Azərbaycanda daha üç yaşayış məntəqəsinə qaz verilib

Azərbaycanda daha üç yaşayış məntəqəsinə qaz verilib Hazırda Şəki rayonunun Şəki kənd, Kiçik Dəhnə və Baş Göynük kəndlərində tikinti quraşdırma işləri davam etdirilir
Energetika
14 Aprel , 2017 18:05
Azərbaycanda daha üç yaşayış məntəqəsinə qaz verilib

Bakı. 14 aprel. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkənin yaşayış məntəqələrinə təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması istiqamətində geniş miqyaslı işlər görülür, 2017-cı ildə də qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işləri davam etdirilir.

“Report”a “Azəriqaz”dan verilən məlumata görə, bu münasibətlə bu gün Saatlı rayonunun Sarıcalar və Qara Nuru, həmçinin Şəki rayonunun Baş Layısqı kəndlərinə təbii qaz verilib. 677 abonenti olan Saatlı rayonunun Sarıcalar kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 5 357 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 27 415 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

1 417 abonenti olan Saatlı rayonunun Qara Nuru kəndinin qazlaşdırılması üçün isə, birpilləli sistem əsasında ümumi uzunluğu 5 555 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 79 342 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 1 417 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

500 abonenti olan Şəki rayonunun Baş Layısqı kəndinin ilk dəfə olaraq qazlaşdırılması üçün, birpilləli sistem əsasında ümumi uzunluğu 1 717 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 23 783 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 500 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Şəki rayonunun Şəki kənd, Kiçik Dəhnə və Baş Göynük kəndlərində tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi