Yuxarı

Azərbaycanda daha üç kəndə təbii qaz verilib

SOCAR prezidenti Rövnəq Abdullayev açılış mərasimində iştirak edib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün Ağdaş rayonunun Korarx, Şəkili və Cüvə kəndlərinə təbii qazın yenidən verilməsi münasibətilə tədbirlər keçirilib.

"Report" Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, açılış mərasimində şirkətin prezidenti Rövnəq Abdullayev, SOCAR rəhbərliyinin təmsilçiləri, Ağdaş Rayon İcra Hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

SOCAR prezidentinə məruzə edilib ki, 115 abonenti olan Korarx kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 1 291 metr uzunluğunda polietilen və 5 098 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 115 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

220 abonenti olan Şəkili kəndinin qazlaşdırılması üçün 17 334 metrlik metal boru xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

105 abonenti olan Cüvə kəndinin qazlaşdırılması üçün ümumilikdə 8 278 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlər fərdi qaz sayğacı və tənzimləyici ilə təmin olunublar.

Tədbirdə çıxış edən R.Abdullayev kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. O qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətlə “mavi yanacaq”la təmin olunması xalqın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

İctimaiyyət nümayəndələri və kənd sakinləri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiribər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi