Yuxarı

Azərbaycanda daha üç kəndə ilk dəfə qaz verilib

Ümumilikdə, bu kəndlərin  411 abonenti qazla təmin olunub

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Şəmkir rayonunun Günəşli, Qaralar və Yuxarı Çaykənd kəndlərinə ilk dəfə təbii qaz verilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, ümumilikdə 411 abonenti olan kəndlərin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 35,7 km-dən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi