Azərbaycanda daha iki yaşayış məntəqəsinə ilk dəfə qaz verilib

Azərbaycanda daha iki yaşayış məntəqəsinə ilk dəfə qaz verilib İmişli rayonunun Xubyarlı kəndində tikinti quraşdırma işləri davam etdirilir
Energetika
17 Mart , 2017 17:17
Azərbaycanda daha iki yaşayış məntəqəsinə ilk dəfə qaz verilib

Bakı.17 mart. REPORT.AZ/ Bu gün İmişli rayonunun Qaravəlili və Mirili kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

“Report” “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 173 abonenti olan Qaravəlili kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 657 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 19 146 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

199 abonenti olan Mirili kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 1 178 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 18 108 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda İmişli rayonunun Xubyarlı kəndində tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatdırılaraq yaşayış məntəqəsinə təbii qazın verilişi təmin ediləcək.  

Son xəbərlər

Orphus sistemi