Azərbaycanda daha bir neft quyusu fəaliyyətsiz fonddan istismara qaytarılıb

Azərbaycanda daha bir neft quyusu fəaliyyətsiz fonddan istismara qaytarılıb ​N.Nərimanov adına NQÇİ-də qəzalı vəziyyətdə olan hidrotexniki qurğuların təmiri diqqət mərkəzindədir
Energetika
27 Sentyabr , 2017 12:16
Azərbaycanda daha bir neft quyusu fəaliyyətsiz fonddan istismara qaytarılıb
Report

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarında hidrotexniki qurğuların tikintisi və təmiri, estakada, meydança və özüllərdə infrastrukturun yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Nəriman Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası” yatağındakı qəzalı vəziyyətdə olan 618 saylı estakadayanı meydançada aparılmış təmir-bərpa işləri nəticəsində buradakı 717 nömrəli quyu fəaliyyətsiz fonddan istismara qaytarılıb.

Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul verib, 4686-4669 metr intervaldan gündəlik 15 ton neft və 1800 kubmetr qaz hasilatı ilə istismara daxil edilib. 

Qeyd edək ki, hazırda 618 saylı estakadayanı meydançada ümumilikdə 3 quyu işlənilir. Bu quyulardan sutkada 37 ton neft və 7400 kubmetr qaz hasil olunur.

Son xəbərlər

Orphus sistemi