Azərbaycanda daha bir neçə kəndə qaz verilib

Azərbaycanda daha bir neçə kəndə qaz verilib Göyçay rayonunun iki kəndində isə qaz verilişi bərpa olunub
Energetika
16 İyul , 2015 16:22
Azərbaycanda daha bir neçə kəndə qaz verilib

Bakı. 16 iyul. REPORT.AZ/ Ağcabədi rayonunun Köyük, Sabirabad rayonunun Qaralı və Balvar kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. Həmçinin Göyçay rayonunun Məlikkənd və Şıxbəy kəndlərinə təbii qaz verilişi bərpa olunub.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonunun 188 abonenti olan Köyük kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 14 166 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.

Sabirabad rayonunun Qaralı və Balvar kəndləri də ilk dəfə qazlaşdırılıb. Qaralı kəndinin 163, Balvar kəndinin 93 abonentinin qazlaşdırılması üçün birpilləli sistem əsasında polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Göyçay rayonunun Şıxbəy kəndinin 116 abonentinin qazlaşdırılması üçün 1 215 metrlik polietilen və 8 825 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 116 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Rayonun 141 abonenti olan Məlikkənd kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 19 968 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi