Yuxarı
    Bağlamaq

    Azərbaycanda daha bir kəndə qaz verilib

    Kəndin 150 abonenti təbii qazla təmin edilib

    Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün Yevlax rayonunun Aşağı Qarxun kəndinə təbii qazın verilişi bərpa edilib.

    "Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Bildirilib ki, 150 abonenti olan kəndin qazlaşdırılması zamanı birpilləli sistem əsasında ümumi uzunluğu 18 434 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi