Azərbaycanda daha bir kəndə qaz verilib

Azərbaycanda daha bir kəndə qaz verilib Bakı. 27 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Göyçay rayonunun Çaxırlı kəndinə ilk dəfə təbii qaz verilib.
Energetika
27 Yanvar , 2018 13:30
Azərbaycanda daha bir kəndə qaz verilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Göyçay rayonunun Çaxırlı kəndinə ilk dəfə təbii qaz verilib.

“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 660 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 93 645 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. O qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqın rifah halının daha da yaxşılaşmasına xidmət edir. 

Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən “Azəriqaz”ın Baş direktoru bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb

Son xəbərlər

Orphus sistemi