Yuxarı

Azərbaycanda daha bir kəndə qaz verilib

​Ağsunun Kəndoba kəndinə təbii qaz verilişi bərpa edilib

Bakı. 17 noyabr. REPORT.AZ/ SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkənin qazlaşdırılması istiqamətində görülən tədbirlərin davamı olaraq, Ağsu rayonunun Kəndoba kəndinə təbii qazın verilişi bərpa edilib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, 387 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 38 296 metrlik müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi