Azərbaycanda daha bir kəndə ilk dəfə təbii qaz verilib

Azərbaycanda daha bir kəndə ilk dəfə təbii qaz verilib Kəndin 103 abonenti təbii qazla təmin edilib
Energetika
15 Yanvar , 2016 15:20
Azərbaycanda daha bir kəndə ilk dəfə təbii qaz verilib

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu gün Kürdəmir rayonunun Söyüdlər kəndinə ilk dəfə təbii qaz verilib.

"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, 103 abonenti olan Söyüdlər kəndinin qazlaşdırılması zamanı birpilləli sistem əsasında ümumi uzunluğu 9687 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi