Azərbaycanda daha 4 kəndə təbii qaz verilib

Azərbaycanda daha 4 kəndə təbii qaz verilib Dörd kəndin 752 abonenti təbii qazla təmin olunub
Energetika
23 Noyabr , 2015 15:54
Azərbaycanda  daha 4 kəndə təbii qaz verilib

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən noyabrın 21-23-də Kürdəmir və Astara rayonlarının daha dörd kəndinə təbii qaz verilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, dörd kəndin 752 abonenti təbii qazla təmin olunub.

Kürdəmir rayonunda keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 349 abonenti olan Ərşəli, Xəlsə və Axtaçı kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında təxminən 27,5 kilometr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Astara rayonunun Tüləküvan kəndinə ilk dəfə təbii qaz verilişi münasibətilə keçirilmiş tədbirdə vurğulanıb ki, 403 abonentlik kəndin qazlaşdırılması zamanı ümumi uzunluğu 41681 metr olan müxtəlif polietilen və metal borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi