Azərbaycanda daha 2 kəndə ilk dəfə təbii qaz verilib

Azərbaycanda daha 2 kəndə ilk dəfə təbii qaz verilib 467 abonent qazla təmin olunub
Energetika
24 May , 2016 16:01
Azərbaycanda daha 2 kəndə ilk dəfə təbii qaz verilib

Bakı. 24 may. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şəki və Zərdab rayonlarının daha 2 kəndinə ilk dəfə təbii qaz verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəki rayonunun 214 abonentlik Köndələn kəndinin qazlaşdırılması ilə əlaqədar keçirilmiş tədbirdə bildirilib ki, bu məqsədlə birpilləli sistem əsasında 18 080 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Zərdab rayonunda keçirilmiş mərasimdə isə qeyd olunub ki, 253 abonenti olan Körpükənd kəndinin ilk dəfə qazlaşdırılması zamanı ümumi uzunluğu 26 kilometrdən artıq polietilen və metal borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi