Azərbaycanda büdcə təşkilatları elektrik və istilik enerjisi sərfini artırıb

Azərbaycanda büdcə təşkilatları elektrik və istilik enerjisi sərfini artırıb Bakı. 19 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 603,2 mln. kVt saat elektrik və 225,2 min Qkal istilik enerjisindən, 100,3 mln. kubmetr təbii qazdan istifadə edilib.
Energetika
19 Noyabr , 2018 09:56
Azərbaycanda büdcə təşkilatları elektrik və istilik enerjisi sərfini artırıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 603,2 mln. kVt saat elektrik və 225,2 min Qkal istilik enerjisindən, 100,3 mln. kubmetr təbii qazdan istifadə edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 3,8%, istilik enerjisindən 33,2% çox istifadə edilib, təbii qazdan istifadə isə 5,6% azalıb.

Hesabat dövründə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatların istifadə etdiyi elektik enerjisinin dəyəri 144,2 mln. manat, istilik enerjisinin dəyəri 6 mln. manat, təbii qazın dəyəri isə 20 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi