Azərbaycanda bu ilin 9 ayında neft-qaz hasilatının həcmi açıqlanıb

Energetika
  • 11 oktyabr, 2023
  • 12:48
Azərbaycanda bu ilin 9 ayında neft-qaz hasilatının həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 35 milyard 900,7 milyon kubmetr təbii qaz hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 26 milyard 869 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Ötən ilin eyni dövrü ilə müqayisədə təbii qaz hasilatı 4,4 %, əmtəəlik qaz hasilatı isə 4,6 % artıb.

9 ay ərzində Azərbaycanda 22 milyon 603,5 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 22 milyon 513,8 min tonu əmtəəlik xam neftin payına düşüb.

1 il əvvələ nisbətən neft hasilatı 7,7 %, əmtəəlik neft hasilatı isə 7,8 % azalıb.

44 filmi