Bakı. 15 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycanın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 622,3 mln. manat təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 3,5% azdır.
Hesabat dövründə 281,1 min ton avtomobil benzini, 42,8 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 572,0 min ton dizel yanacağı, 1,0 min ton sürtgü yağları, 22,0 min ton neft bitumu, 21,4 min ton neft koksu istehsal olunub. Bu ilin I rübündə avtomobil benzininin istehsalı əvvəlki ilin müvafiq dövründən 6,4%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 10,3%, dizel yanacağının istehsalı 28,2%, sürtgü yağlarının istehsalı 64,3%, neft bitumunun istehsalı 32,5%, neft koksunun istehsalı 67% azalıb.
Bu ilin üç ayı ərzində ölkədə 172 min ton ağ neft, 339,7 min ton yanacaq mazutu istehsal olunub ki, ağ neftin istehsalı 5,3%, yanacaq mazutunun istehsalı 1 698,5 dəfə artıb.