Azərbaycanda bu il 27 yaşayış məntəqəsinə qaz verilib

Azərbaycanda bu il 27 yaşayış məntəqəsinə qaz verilib Bu il ilk iki ayında 1 883 km uzunluğunda yeni qaz kəməri quraşdırılıb
Energetika
14 Mart , 2016 17:57
Azərbaycanda bu il 27 yaşayış məntəqəsinə qaz verilib

Bakı. 14 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə 1 883 km uzunluğunda yeni qaz kəməri quraşdırılıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 110,5 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində ilin yanvar-fevral aylarında 27 yaşayış məntəqəsi qazlaşdırılıb.                              

Son xəbərlər

Orphus sistemi