Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,809 mlrd manat təşkil edib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,8 % azdır.
Hesabat dövründə 1 mln 066,3 min ton həcmində avtomobil benzini, 1,881 mln ton dizel yanacağı, 22,6 min ton sürtkü yağları, 347,1 min ton neft bitumu istehsal edilib.
Avtomobil benzini istehsalı 2,3 %, sürtkü yağlarının istehsalı 9,7 %, neft bitumunun istehsalı 51,5 % artıb, dizel yanacağı istehsalı 1,6 %, azalıb.
İlin 11 ayında ölkədə 161,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 459,1 min ton ağ neft, 58,4 min ton yanacaq mazutu, 179,5 min ton neft koksu istehsal edilib.
Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 27,3 %, ağ neftin istehsalı 14,6 %, yanacaq mazutunun istehsalı 50,7 %, neft koksunun istehsalı 17,9 % azalıb.