Yuxarı
    Bağlamaq

    Azərbaycanda alternativ və bərpa olunan enerji istehsalı ilə bağlı yeni qanun layihəsi hazırlanır

    Dinlə

    Bakı. 7 dekabr. REPORT.AZ/ Energetika Nazirliyi Azərbaycanda alternativ və bərpa olunan enerji istehsalı ilə bağlı yeni qanun layihəsi hazırlayır. 

    Bu barədə “Report”a qurumun aparat rəhbəri Zaur Məmmədov məlumat verib. 

    "Bu qanun layihəsi Avropa İttifaqının tətbiq etdiyi "direktiv 3"ə (enerji paketi 3) uyğun hazırlanıb. Avropa ölkələri bu məsələdə müvəffəqiyyətli, qeyri-müvəffəqiyyətli və qismən müvəffəqiyyətli ssenarilər əsasında inkişaf edirlər. Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmin təcrübələri öyrənib Azərbaycan modelində istifadə edək. Bura, əsasən, özəl sektoru cəlb edəcəyik. Yəni özəl sektor üçün risklər minimuma endirilsin və yaşıl tariflər dövlət üçün əlverişli olsun. Əgər biz bu sahədə xərclərin az olmasına nail olsaq, o zaman alternativ və bərpa olunan enerji növləri üzrə də aşağı tariflərə nail ola biləcəyik", - deyə o qeyd edib. 

    Nazirlik rəsmisinin sözlərinə görə, əsas məqsəd bərpa olunan enerji sahəsində maya dəyərini aşağı salmaq, subsidiyaları qismən və yaxud tamamilə dayandırmaqdır. 

    “Biz Almaniya, Rumıniya, Polşa, Ukrayna, Yunanıstan, İspaniya, İtaliya kimi ölkələrin təcrübələrini öyrənmişik. Biz bir neçə proqramlar və alətlərdən istifadə edərək ekspert və mütəxəssislərin səfərlərini və videokonfransları təşkil edirik", - deyə o əlavə edib. 

    Nazirlik rəsmisi əlavə edib ki, yeni qanun layihəsi 2019-cu ilin ortalarına qədər hazırlanıb hökumətə təqdim ediləcək.

    Qeyd edək ki, Azərbaycan hökuməti 2030-cu ilə qədər alternativ enerjinin payını ümumi enerji istehsalında 30%-ə çatdırmağı düşünür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi