Azərbaycanda daha 6 kəndə qaz verilib

Azərbaycanda daha 6 kəndə qaz verilib Ümumilikdə, 1 729 abonent təbii qazla təmin olunub
Energetika
19 Noyabr , 2015 17:31
Azərbaycanda daha 6 kəndə qaz verilib

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu gün Şamaxı, Zərdab, İmişli və Saatlı rayonlarının daha 6 kəndinə təbii qaz verilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə, 1 729 abonent təbii qazla təmin olunub.

Şamaxı rayonunda keçirilmiş tədbirdə bildirilib ki, rayonun 146 abonentlik Avaxlı kəndinin ilk dəfə qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 20 864 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 146 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Saatlı rayonunun Potubəyli kəndinə ilk dəfə təbii qaz verilməsi münasibətilə keçirilən tədbirdə bildirilib ki, 211 abonenti olan kəndin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 19 205 metrlik qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

İmişli rayonunda keçirilən tədbirdə isə qeyd olunub ki, ümumilikdə 940 abonentlik Qaralar və Cavadxanlı kəndlərinin ilk dəfə qazlaşdırılması məqsədilə 78 074 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 940 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Zərdab rayonunun Qoruqbağı və Sarıqaya kəndlərinə təbii qazın verilişinin bərpa edilməsi münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 432 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 34 866 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi