Azərbaycanda 22,5 mln. ton neft hasil olunub

Azərbaycanda 22,5 mln. ton neft hasil olunub Əmtəəlik qaz hasilatının həcmi 11 mlrd. kubmetr olub
Energetika
15 Avqust , 2017 11:38
Azərbaycanda 22,5 mln. ton neft hasil olunub

Bakı. 15 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 22 500,6 min ton xam neft hasil olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmin 22 471,9 min tonu əmtəəlik xam neft olub. Hesabat dövründə ölkədə neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9% azalıb.

İlin 7 ayı ərzində Azərbaycanda 16 606,5 mln. kubmetr qaz hasil olunub ki, bu həcmin də 10 870,9 mln. kubmetrini əmtəəlik təbii qaz təşkil edib. Hesabat dövründə ümumilikdə qaz hasilatı 4,9%, əmtəəlik qazın həcmi isə 1,3% azalıb.

Son xəbərlər

Orphus sistemi