Bakı. 17 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 19,161 mln. ton xam neft hasil edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 19,137 mln. tonu əmtəəlik xam neft olub. Hesabat dövründə neft hasilatı 9% azalıb.
Bu ilin ilk yarısında ölkədə 9 343,2 mln. kubmetr həcmində əmtəəlik qaz hasil edilib. Əmtəəlik qaz hasilatı isə 0,2% azalıb.