Azərbaycanda 18 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb

Azərbaycanda 18 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb Bu ilin yanvar-fevral ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 81,7 km yeni qaz kəməri çəkilib, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 53,7 km qaz kəməri əsaslı təmir olunub.
Energetika
12 Mart , 2019 13:56
Azərbaycanda 18 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb
0 : 00
0 : 00

Bu ilin yanvar-fevral ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 81,7 km yeni qaz kəməri çəkilib, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 53,7 km qaz kəməri əsaslı təmir olunub.

“Report”un “Azəriqaz”a istinadən verdiyi xəbərə görə, bu ildə Ağcabədi rayonu üzrə 1, Beyləqan rayonu üzrə 1, Gədəbəy rayonu üzrə 6, İsmayıllı rayonu üzrə 1, Ağsu rayonu üzrə 6 və Şamaxı rayonu üzrə isə 3 olmaqla ümumilikdə 18 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb. 

Son xəbərlər

Orphus sistemi