Yuxarı

​Azərbaycanda 15 kəndə qaz verilib

Nəticədə 3 207 abonent təbii qazla təmin olunub

Bakı. 20 noyabr. REPORT.AZ/ Noyabrın 20-də Göyçay, Bərdə, Lerik, Şəki, Neftçala və Salyan rayonlarının daha 15 kəndinə təbii qaz verilib.

"Report"un Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, ümumilikdə, 3 207 abonent təbii qazla təmin olunub.

Göyçay rayonunda keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 373 abonenti olan Alxasava və Qaraman kəndlərinin yenidən qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 46 029 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentə ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bərdə rayonunun Qaradəmirçi-1 və Qaradəmirçi-2 kəndlərinin qaz təchizatının bərpa edilməsi münasibətilə keçirilən tədbirdə qeyd olunub ki, ümumilikdə 683 abonenti olan kəndlərin qazlaşdırılması zamanı 25 kilometrdən artıq qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Şəki rayonunun Sarıca və Baltalı kəndləri də uzun sürən fasilədən sonra yenidən qazlaşdırılıb. Bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, 673 abonentlik kəndlərin qazlaşdırılması zamanı 31 427 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borulardan istifadə edilib, abonentlərin hər biri sayğac və fərdi tənzimləyicilərlə təchiz olunub.

Salyanın Xalac kəndinin qaz təchizatının bərpa edilməsi münasibətilə keçirilən tədbirdə vurğulanıb ki, 625 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 48 753 metr uzunluğunda qaz xətləri çəkilib, 625 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Lerik rayonunda qaz verilişi münasibətilə keçirilmiş tədbirlərdə bildirilib ki, ümumilikdə 238 abonenti olan Hıramo, Yuxarı Bilnə, Livədirqə, Nüsomurya və Qədimküçə kəndlərinin ilk dəfə qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 20 558 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Neftçala rayonunda keçirilmiş tədbirdə isə vurğulanıb ki, rayonun ümumilikdə 615 abonenti olan Boyad, Ballıcalı və İkinci Qaralı kəndlərinin ilk dəfə qazlaşdırılması zamanı 39 110 metrlik müxtəlif diametrli qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi