Azərbaycana daha bir ölkədən polipropilen tədarükünə başlanılıb
- 30 yanvar, 2023
- 05:48
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan xaricə 84,793 milyon ABŞ dolları dəyərində 63 min 846 ton polipropilen (ilkin formalarda) satıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 15 % azdır.
Azərbaycandan Rusiyaya 45,787 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % azdır) 32 min 261 ton (-31 %), Türkiyəyə 30 milyon ABŞ dolları dəyərində (+83 %) 25 min 71 ton (+73 %), Qazaxıstana 7,8 milyon ABŞ dolları dəyərində (-35 %) 5 min 104 ton (-37 %), İrana 580 min ABŞ dolları dəyərində (-0,9 %) 316,8 ton (-28 %), Ukraynaya 517,18 min ABŞ dolları dəyərində (-86 %) 350 ton (-88 %) məhsul göndərilib.
Hesabat dövründə Azərbaycan 15,723 milyon ABŞ dolları dəyərində (+24 ) 9 min 707 ton (+19,3 %) polipropilen idxal edib.
Koreyadan Azərbaycana 7,869 milyon ABŞ dolları dəyərində (-12 %) 4 min 237 ton (-21 %), Səudiyyə Ərəbistanından 4,219 milyon ABŞ dolları dəyərində (+2,9 dəfə) 2 min 867 ton (+2,4 dəfə), İrandan 2 milyon ABŞ dolları dəyərində (+17,4 %) 1 min 506 ton (+18,6 %), Türkmənistandan 1,1 milyon ABŞ dolları dəyərində (+8 dəfə) 809 ton (+6 dəfə), Rusiyadan 329,48 min ABŞ dolları dəyərində (+67 %) 196 ton (+63 %) məhsul alıb.
İki il 9 aylıq aradan sonra Almaniyadan tədarük bərpa edilib. Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistandan idxal həyata keçirilib. Həmin ölkələrdən müvafiq olaraq 28,56 min ABŞ dolları dəyərində 10 ton və 0,60 min ABŞ dolları dəyərində 0,05 ton polipropilen gətirilib.