Azərbaycana 9 ayda bəyan edilmiş qaz idxalının həcmi və dəyəri açıqlanıb

Energetika
  • 26 noyabr, 2024
  • 06:51
Azərbaycana 9 ayda bəyan edilmiş qaz idxalının həcmi və dəyəri açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana bəyan edilmiş qaz idxalı 482 milyon 733,12 min kubmetr təşkil edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 dəfə azdır.

Azərbaycana idxal olunan qazın dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə azalaraq 77 milyon 375,41 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə qaz idxalının ümumi həcmində 51 milyon 162,79 min ABŞ dolları dəyərində 341 milyon 85,26 min kubmetr "mavi yanacaq" Türkmənistandan tədarük edilib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə tədarük həcmi kəmiyyət baxımından 3,8 dəfə, dəyər baxımından da 3,6 dəfə azalıb.

Yanvar-sentyabr aylarında Rusiyadan 26 milyon 204,85 min ABŞ dolları dəyərində 141 milyon 647,86 min kubmetr qaz idxalı bəyan edilib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə kəmiyyət ifadəsində 5,5 dəfə, dəyər baxımından isə 5,5 dəfə azdır.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycana bəyan edilmiş qaz idxalı 361 milyon 997,49 min ABŞ dolları dəyərində 2 milyard 332 milyon 254,05 min kubmetr təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti