Azərbaycana 8 ayda bəyan edilmiş qaz idxalının həcmi və dəyəri açıqlanıb

Energetika
  • 17 oktyabr, 2024
  • 08:30
Azərbaycana 8 ayda bəyan edilmiş qaz idxalının həcmi və dəyəri açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana bəyan edilmiş qaz idxalı 467 milyon 739,63 min kubmetr təşkil edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 dəfə azdır.

Bu ilin 8 ayında Azərbaycana idxal olunan qazın dəyəri ötən ilin eyni dövrünə nisbətən 4,2 dəfə azalaraq 75 milyon 120,32 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə qaz idxalının ümumi həcmində 48 milyon 913,77 min ABŞ dolları dəyərində 326 milyon 091,77 min kubmetr "mavi yanacaq" Türkmənistandan tədarük edilib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə tədarük həcmi kəmiyyət baxımından 3,7 dəfə, dəyər baxımından 3,5 dəfə azalıb.

Yanvar-avqust aylarında Rusiyadan 26 milyon 206,55 min ABŞ dolları dəyərində 141 milyon 647,86 min kubmetr qaz idxalı bəyan edilib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə kəmiyyət ifadəsində 5,7 dəfə, dəyər ifadəsində isə 5,5 dəfə azdır. Eyni zamanda, Rusiya tədarükünün bütün həcmi iyul ayının payına düşüb, avqustda tədarük həyata keçirilməyib.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycana bəyan edilmiş qaz idxalı 361 milyon 997,49 min ABŞ dolları dəyərində 2 milyard 332 milyon 254,05 min kubmetr təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti