Azərbaycana 6 ölkədən antifriz idxalı bərpa edilib
- 27 yanvar, 2023
- 06:04
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 4,696 milyon ABŞ dolları dəyərində 3 min 421 ton antifriz idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,6 %, kəmiyyət olaraq – 22,7 % azdır.
Hesabat dövründə Rusiyadan 1,362 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33,4 % azdır) 1 min 404 ton (-43 %), Türkiyədən 1,1 milyon ABŞ dolları dəyərində (+93 %) 649,47 ton (+83 %), Almaniyadan 742,43 min ABŞ dolları dəyərində (-10 %) 283,58 ton (-23 %), Ukraynadan 489,37 min ABŞ dolları dəyərində (-11 %) 503,13 ton (-33,5 %), Belçikadan 323,87 min ABŞ dolları dəyərində (+22 %) 124,51 ton (-11 %) məhsul idxal edilib.
Dörd il 11 aylıq fasilənin ardından Gürcüstandan, 3 il 3 aydan sonra Norveçdən, 3 ilin tamamında İspaniya və Hindistandan, 2 il 1 aylıq fasilənin ardından Latviyadan və 1 il 10 ayın tamamında Sinqapurdan tədarük bərpa edilib.
Həmin ölkələrdən müvafiq olaraq 0,17 min ABŞ dolları dəyərində 0,01 ton, 3,25 min ABŞ dolları dəyərində 0,38 ton, 3,57 min ABŞ dolları dəyərində 1,65 ton, 0,09 min ABŞ dolları dəyərində 0,01 ton, 5,3 min ABŞ dolları dəyərində 2,73 ton və 2,95 min ABŞ dolları dəyərində 1,1 ton antifriz alınıb.