Azərbaycana 4 ayda bəyan edilmiş qaz idxalının həcmi və dəyəri açıqlanıb

Energetika
  • 21 iyun, 2025
  • 13:11
Azərbaycana 4 ayda bəyan edilmiş qaz idxalının həcmi və dəyəri açıqlanıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana bəyan edilmiş qaz idxalı 176 milyon 510,46 min kubmetr təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə azdır.

Azərbaycana idxal olunan qazın dəyəri 54,9 % azalaraq 27 milyon 220,03 min ABŞ dolları təşkil edib.

Göstərilən həcmdə Türkmənistan qazının payı 23 milyon 290,3 min ABŞ dolları (-1,8 dəfə) dəyərində 155 milyon 268,65 min kubmetr (-1,8 dəfə) təşkil edib.

Bundan əlavə, hesabat dövründə Rusiyadan 3 milyon 929,73 min ABŞ dolları dəyərində 21 milyon 241,81 min kubmetr qaz tədarük edilib. Ötən ilin yanvar-aprel aylarında Rusiyadan Azərbaycana "mavi yanacaq" tədarük edilməyib.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycana bəyan edilmiş qaz idxalı 86 milyon 988,38 min ABŞ dolları (-4,2 dəfə) dəyərində 546 milyon 819,58 min kubmetr (2023-cü illə müqayisədə 4,3 dəfə az) təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti