Azərbaycan yeraltı anbarlara 1,5 mlrd. kubmetr qaz vurub

Azərbaycan yeraltı anbarlara 1,5 mlrd. kubmetr qaz vurub Mövsümün sonuna kimi anbarlara daha 2 mlrd. kubmetr qaz vurulacaq
Energetika
18 Sentyabr , 2015 17:58
Azərbaycan yeraltı anbarlara 1,5 mlrd. kubmetr qaz vurub

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) payız-qış mövsümü üçün "Azneft" İstehsalat Birliyinin “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına təbii qazın vurulmasını davam etdirir.

"Report" SOCAR-a istinadən xəbər verir ki,  bu proses mövcud qrafikə uyğun olaraq aprel ayında başlayıb və noyabr ayında başa çatdırılacaq.

İndiyədək anbarlara ümumilikdə 1 466,218 mln. kubmetr qaz vurulub ki, bunun da 680,422 mln. kubmetri “Qaradağ”, 785,796 mln. kubmetri isə “Qalmaz” qaz anbarının payına düşüb. Mövsümün sonuna kimi anbarlara ümumilikdə daha 2 mlrd. kubmetr qazın vurulması proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi