Azərbaycan Yəmənə sürtkü yağları ixrac etməyə başlayıb
- 13 may, 2024
- 12:09
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 8,5 milyon ABŞ dolları dəyərində 7 min 491 ton sürtkü yağları ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 %, kəmiyyət olaraq – 14 % azdır.
Hesabat dövründə Azərbaycan Ukraynaya 2,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 78 % çoxdur) 2 min 630 ton (+2,2 dəfə), İraqa 1,44 milyon ABŞ dolları dəyərində (+42,4 %) 1 min ton (+35 %), Bolqarıstana 1,1 milyon ABŞ dolları dəyərində (+10 dəfə) 1 min 152 ton (+10 dəfə), Gürcüstana 935 min ABŞ dolları dəyərində (-65 %) 874 ton (-74 %), Rumıniyaya 479 min ABŞ dolları dəyərində 375,11 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yəmənə (42,45 min ABŞ dolları dəyərində 20,12 ton) tədarük həyata keçirilib.