Azərbaycan yaxın 3 ildə qaz hasilatını 45 mlrd. kubmetrə çatdıracaq

Azərbaycan yaxın 3 ildə qaz hasilatını 45 mlrd. kubmetrə çatdıracaq Natiq Əliyev: "Abşeron" yatağında ilk qaz hasilatı 2020-2021-ci illərə nəzərdə tutulub"
Energetika
1 İyun , 2017 10:59
Azərbaycan yaxın 3 ildə qaz hasilatını 45 mlrd. kubmetrə çatdıracaq

Bakı. 1 iyun. REPORT.AZ/ Hazırda Azərbaycanda gündəlik təqribən 120 min ton neft, 90 min kubmetr qaz hasil edilir. "Report" xəbər verir ki, bunu bu gün Bakıda işə başlayan XXIV Beynəlxalq Xəzər neft-qaz konfransında çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib. 

N.Əliyevin sözlərinə görə, Azərbaycan "Şahdəniz" yatağında nəzərdə tutulandan daha çox qaz hasilatı həyata keçirib: "Abşeron" yatağında ilk qaz hasilatı 2020-2021-ci illərdə, "Azəri-Çıraq-Günəşli" yataqlarının dərin hissəsində isə 2026-cı ildə ilk qaz hasilatı nəzərdə tutulur". 

"Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycanda ildə 16 mlrd. kubmetr əlavə qaz hasil olunacaq. AÇG üzrə isə təxminən 12 mlrd. kubmetr səmt qazı çıxarılacaq. Bu artım nəticəsində 2020-ci ildə Azərbaycanda qaz hasilatının ümumi həcmi 44,5 mlrd. kubmetrə çatacaq", - deyə nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi