Azərbaycan XİN-in idarə rəisi: "İran nefti Azərbaycan neftinə rəqib olmayacaq"

Azərbaycan XİN-in idarə rəisi: "İran nefti Azərbaycan neftinə rəqib olmayacaq" "Enerji bazarında rəqabət var, lakin bu hər zaman olub və təkcə İranla yox"
Energetika
27 Aprel , 2015 12:35
Azərbaycan XİN-in idarə rəisi: İran nefti Azərbaycan neftinə rəqib olmayacaq

Bakı. 27 aprel. REPORT.AZ/ Sanksiyaların aradan qaldırılacağı təqdirdə İran nefti Azərbaycan neftinə rəqabət baxımından problemlər yaratmayacaq. "Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN-i Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Qaya Məmmədov bu gün Bakıda keçirilən "Xəzər regionunun geosiyasi xülasəsi: Azərbaycanın yeni rolu" adlı konfransdakı çıxışı zamanı bildirib. 

"Enerji bazarında rəqabət var, lakin bu hər zaman olub və təkcə İranla yox, ümumiyyətlə", - Q.Məmmədov qeyd edib. 

O, "altılıq" və İran arasında  yay aylarında baş tutacaq İranın  nüvə proqramı ilə bağlı son razılaşmanın əldə olunacağına və bu ölkəyə qarşı sanksiyaların aradan qaldırılacağına ümidvar olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi