Azərbaycan xam neft ixracını kəskin artırıb

Azərbaycan xam neft ixracını kəskin artırıb
Energetika
16 May , 2018 10:21
Azərbaycan xam neft ixracını kəskin artırıb
0 : 00
0 : 00

Bakı. 16 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 9 338,941 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulların dəyəri 4 631,311 mln. ABŞ dolları təşkil edib.

Hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları Azərbaycanın ümumi ixracının 81,94%-ni tutub.

Bu ilin 4 ayında ixrac olunan xam neftin miqdarı illik müqayisədə 44%, dəyəri isə 77% artıb.