​Azərbaycan xam neft ixracını artırıb

​Azərbaycan xam neft ixracını artırıb Gömrük bəyannamələrinə əsasən, xam neftin ixrac həcmi yanvarda 22% artıb
Energetika
20 Fevral , 2015 12:50
​Azərbaycan xam neft ixracını artırıb

Bakı. 20 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında sayğac göstəricilərinə əsasən, Azərbaycandan 2,862 mln. ton xam neft ixrac olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,60% çoxdur.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu neftin 2,3 mln. tonu BTC (Bakı-Ceyhan), 375,6 min tonu Bakı-Supsa, 84,9 min tonu Şimal boru kəməri (Bakı-Novorossiysk), 118,1 min tonu dəmir yolu nəqliyyatı ilə ixrac edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,1% artım, 0,5% azalma və 0,1% artım deməkdir. Xam neftin dəmir yolu ilə ixracında isə ötən ilin yanvar ayı ilə müqayisədə, hətta 38,3% artım qeydə alınıb.

Gömrük bəyannamələrinə əsasən, hesabat ayında ölkədən 1,065 mlrd. ABŞ dolları dəyərində 2,356 mln. ton xam neft ixracı həyata keçirilib. Beləliklə, bəyannamə əsasında xam neftin ixracının miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 21,6% artıb, dəyəri isə əksinə, 34,2% azalıb.

Hesabat dövründə neft məhsullarının ixracı illik 73,2% artaraq 178,6 min tona çatıb. Bildirək ki, yanvarda ixrac edilən neft məhsullarının ümumi dəyəri son bir ildə 21,7% azalaraq 55,1 mln. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi