Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 18 milyon 771 min 176,40 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 8 milyard 498 milyon 811,15 min ABŞ dolları təşkil edib.
Bu ilin 8 ayında ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 9,5 % az, dəyəri isə 25,1 % çoxdur.
Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 65,7 % olub.