Azərbaycan xam neft ixracından gəlirlərini 47% artırıb

Azərbaycan xam neft ixracından gəlirlərini 47% artırıb Neftin ixrac həcmi isə 11% azalıb
Energetika
13 Aprel , 2017 16:57
Azərbaycan xam neft ixracından gəlirlərini 47% artırıb

Bakı. 13 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycandan gömrük bəyannamələrinə əsasən 4,867 mln. ton xam neft ixrac edilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% azdır.

Əvəzində Azərbaycan xam neft ixracından gəlirlərini artırıb. Belə ki, 3 ay ərzində xaricə satılmış “qara qızıl”ın dəyəri 1,988 mlrd. ABŞ dolları olub ki, bu da illik müqayisədə 46,9% çoxdur.

Qeyd edək ki, hesabat dövründə xam neft ixracı Azərbaycanın ümumi ixracında 76,3%-lik paya malik olub. 

Son xəbərlər

Orphus sistemi