Azərbaycan və Türkiyə şirkətləri enerji səmərəliliyi sahəsində birgə layihələr planlaşdırır
- 07 may, 2024
- 09:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin “Setaş Enerji” enerji şirkəti və Azərbaycanın “Atenau Ltd” şirkəti enerji səmərəliliyi sahəsində birgə layihələrin həyata keçirilməsinə dair razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə Ege Bölgəsi Gənc İş Adamları Assosiasiyası (EGIAD) məlumat yayıb.
“Şirkətlər arasında əməkdaşlıq müqaviləsi Türkiyənin Egey bölgəsində fəaliyyət göstərən Türkiyə şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri zamanı imzalanıb. Saziş iki ölkənin istehsal, elmi-texniki potensialının artırılmasına yönəlib”, - məlumatda qeyd olunub.
Bu sənədlə enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrindən istifadə məsələlərində elmi-texniki məlumat mübadiləsini, seminarların və xüsusi kursların keçirilməsi nəzərdə tutulur.
“İki şirkət arasında bağlanan müqavilənin son məqsədi bu sahədə birgə layihələrin hazırlanması və həyata keçirilməsidir”, - EGIAD-ın məlumatında vurğulanıb.