Azərbaycan və Qırğızıstanın enerji sistemləri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
“Report” “AzerEnerji”yə istinadən xəbər verir ki, bu müzakirələr BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevin “Qırğızıstan Milli elektrik şəbəkəsi” ASC-nin rəhbəri Altınbek Rısbekovla görüşü zamanı aparılıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında yeni texnologiyaların istismarı və bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası təcrübəsi sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.