Azərbaycan və Özbəkistan "yaşıl enerji" sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Özbəkistan "yaşıl enerji" sahəsində əməkdaşlığı müzakirə edib Azərbaycan və Özbəkistan bərpa olunan enerji sahəsində əməkdaşlığın qurulmasına dair fikir mübadiləsi aparıb.
Energetika
9 Avqust , 2023 14:53
Azərbaycan və Özbəkistan yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Özbəkistan bərpa olunan enerji sahəsində əməkdaşlığın qurulmasına dair fikir mübadiləsi aparıb.

Bu barədə “Report”a Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən (AREA) bildiriib.

Məlumata görə, bu məqsədlə AREA və Özbəkistanın beyin mərkəzlərinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə Agentliyin direktoru Cavid Abdullayev bildirib ki, Azərbaycanın yüksək bərpa olunan enerji potensialı var və bu sahədə bir sıra layihələr həyata keçirilir.

O, mövcud sahədə xarici şirkətlərlə əməkdaşlıq, yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş və ixrac marşrutları barədə geniş məlumat verib, Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə "Azərbaycan üzrə Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması" hesabatından irəli gələn məsələləri qonaqların diqqətinə çatdırıb.

Özbəkistanın Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini, nümayəndə heyətinin rəhbəri Şerzod Fayziyev enerji sahəsində əməkdaşlığın qurulmasının iki ölkə üçün böyük maraq doğurduğunu, həmçinin bu istiqamətdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu bildirib.

Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun rəhbəri Milana Bazarova isə çıxış edərək ölkəsinin bərpa olunan enerji potensialı və icra edilən layihələr barədə ətraflı məlumat verib.

Son xəbərlər

Orphus sistemi