Azərbaycan və İtaliya XİN başçıları TAP vasitəsilə qaz nəqlinin artırılmasını müzakirə edib

Azərbaycan və İtaliya XİN başçıları TAP vasitəsilə qaz nəqlinin artırılmasını müzakirə edib “Azərbaycan İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində sərmayə qoyub”.
Energetika
2 Aprel , 2022 13:50
Azərbaycan və İtaliya XİN başçıları TAP vasitəsilə qaz nəqlinin artırılmasını müzakirə edib

“Azərbaycan İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində sərmayə qoyub”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Luici Di Mayo ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

XİN başçısı qeyd edib ki, Azərbaycan və İtaliya iqtisadi əməkdaşlığı gücləndirir: “2021-ci ildə ticarət dövriyyəsi təxminən 10 milyard dollar təşkil edib. 2021-ci ildə Azərbaycan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya təxminən 7 milyard kubmetr qaz tədarük edib”.

Azərbaycan və İtaliya xarici işlər nazirləri arasında bu gün keçirilən görüşdə həmçinin TAP vasitəsilə Azərbaycandan qaz nəqlinin artırılması məsələsi də müzakirə olunub.

Bundan əlavə, Azərbaycan XİN başçısı italiyalı həmkarına azad edilmiş ərazilərdə həyata keçiriləcək və alternativ enerji sferasına aid olacaq layihələr barədə məlumat verib.

Son xəbərlər

Orphus sistemi