Azərbaycan və İsrail arasında enerji əməkdaşlığı müzakirə edilib.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu müzakirələr energetika naziri Pərviz Şahbazov ilə İsrailin regional əməkdaşlıq naziri David Amsalemin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.
Görüşdə iki ölkə münasibətlərində enerji sahəsində, o cümlədən karbohidrogen sektorunda əməkdaşlıqdan məmnunluq ifadə edilib. Bu xüsusda, neft təchizatı, neft-kimya məhsullarının ticarəti və daunstrim layihələrində uzunillik əməkdaşlıq əlaqələri qeyd edilib, perspektivlər nəzərdən keçirilib.
Həmçinin Azərbaycanın hazırda ölkənin enerji balansında bərpa olunan enerjinin payının artırılmasına, bu enerji növünün də regionlararası “yaşıl enerji dəhliz”lərinin yaradılması ilə tədarükünə yönəlmiş layihələrindən danışılıb. “Yaşıl enerji”, eləcə də digər perspektivli sahələrdə əlaqələrin inkişafı üçün imkanlar dəyərləndirilib, dövlət-özəl sektorunun bu prosesə cəlbinin əhəmiyyətindən bəhs edilib.
13:00
Azərbaycan və İsrail “yaşıl enerji” sahəsində layihələri müzakirə edib.
“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"İsrailin regional əməkdaşlıq naziri David Amsalem ilə keçirilən görüşdə karbohidrogen sektorunda inkişaf edən əməkdaşlığımıza, ölkəmizdə bərpa olunan enerji sahəsində istehsal və ixrac istiqamətlərində həyata keçirilən layihələrə və ikitərəfli enerji əlaqələrini möhkəmləndirəcək perspektivlərə dair müzakirələr apardıq”, - P. Şahbazov qeyd edib.
İsrailin regional əməkdaşlıq naziri David Amsalem (@dudiamsalem) ilə görüşdə #karbohidrogen sektorunda inkişaf edən əməkdaşlığımıza, ölkəmizdə #BərpaOlunanEnerji sahəsində istehsal və ixrac istiqamətlərində həyata keçirilən layihələrə və ikitərəfli enerji əlaqələrini… pic.twitter.com/HFnl5rmL0a