Azərbaycan və İran arasında neft-qaz sektorunda tərəfdaşlıq genişləndirilə bilər

Azərbaycan və İran arasında neft-qaz sektorunda tərəfdaşlıq genişləndirilə bilər Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zəmaniniya və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Energetika
29 Noyabr , 2017 16:31
Azərbaycan və İran arasında neft-qaz sektorunda tərəfdaşlıq genişləndirilə bilər
Socar.az

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zəmaniniya və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

“Report” bu barədə SOCAR-a istinadən xəbər verir. 

Məlumata görə, görüşdə SOCAR-ın prezidenti R.Abdullayev son zamanlar Azərbaycanla İran arasında iqtisadiyyatın müxtəlif sahələrində münasibətlərin daha da genişləndiyini, xüsusilə iki ölkənin neft-qaz sektoruna daxil olan şirkətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dialoqun intensivləşdiyini və bu prosesdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd edib. SOCAR-ın İran şirkətləri ilə əlaqələrindən danışan R.Abdullayev mövcud tərəfdaşlıq münasibətlərindən söz açıb, genişlənmə imkanlarını vurğulayıb. 

Ə.Zəmaniniya isə iki ölkə arasında iqtisadi sahələrdə, o cümlədən enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük potensialın olduğunu bildirib, neft-qaz sənayesində əməkdaşlığın qonşu ölkələrdə inkişafa daha böyük töhfələr verəcəyinə əminliyini qeyd edib. Planlaşdırılan əməkdaşlıq layihələri sayəsində yaxın perspektivdə İranda neft və qaz hasilatının artırılacağını diqqətə çatdıran nazir müavini SOCAR-ın qlobal layihələrdə böyük təcrübəsi olan beynəlxalq şirkət kimi həmin müştərək layihələrdə iştirakında maraqlı olduqlarını vurğulayıb.

Görüşdə Azərbaycan və İran arasında neft-qaz sektorunda, o cümlədən İran körfəzində və Xəzər dənizində də, tərəfdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə edilib.

Xatırladaq ki, İranın NICO şirkəti hazırda “Şahdəniz” (10%) və Cənubi Qafqaz Qaz Boru Kəməri (10%) layihələrinin iştirakçısıdır. Eyni zamanda SOCAR-ın “Nanotexnologiyalar” Departamenti, İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və İranın Ofşor Neft Şirkəti arasında 2015-ci ildə üçtərəfli əməkdaşlıq protokolu imzalanıb.

Son xəbərlər

Orphus sistemi