Bakı. 11 may. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə MEDEF-in (Fransa Sahibkarlar Təşkilatı) biznes şurasının prezidenti və SUEZ qrupun baş direktorunun müavini Mari-Anj Döbonun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
"Report"un Fonda istinadən verdiyi xəbərə görə, Ş.Mövsümov nümayəndə heyətinə ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti və Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib.
Görüşdə Azərbaycan və Fransa arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, gələcək inkişaf perspektivləri, ARDNF-nin bu ölkədəki investisiyaları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.