Azərbaycan Türkmənistandan neft idxalını 56 %-dən çox artırıb

Energetika
  • 15 fevral, 2024
  • 08:50
Azərbaycan Türkmənistandan neft idxalını 56 %-dən çox artırıb

2023-cü ildə Azərbaycan Türkmənistandan 551 min 680,11 ton xam neft idxal edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Türkmənistandan Azərbaycana ixrac edilən neftin dəyəri 317 milyon 542,37 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci illə müqayisədə həcm baxımından 198 min 964,87 ton və ya 56,4 %, məbləğ baxımından isə illik müqayisədə 72 milyon 394,43 min ABŞ dolları və ya 29,5 % çoxdur.

Ötən il ərzində Azərbaycan ümumilikdə 1 milyard 077 milyon 236,2 min ABŞ dolları dəyərində 1 milyon 917 min 793,68 ton xam neft idxal edib. Bu da 2022-ci illə müqayisədə məbləğ baxımından 626 milyon 308,37 min ABŞ dolları və ya 2,4 dəfə, həcm baxımından isə 1 milyon 244 min 425,48 ton və ya 2,8 dəfə çoxdur.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 30 milyon 189,6 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 30 milyon 083,1 min tonu əmtəəlik xam neftin payına düşüb. Hesabat dövründə neft hasilatı daha əvvəlki 2022-ci illə müqayisədə 7,5 % (əmtəəlik neftin həcmləri isə 7,6 %) azdır.

Son xəbərlər

Bütün Xəbər Lenti